Premyer Liqa təmsilçiləri I divizion klublarına qarşı - YENİLƏNİR

Premyer Liqa təmsilçiləri I divizion klublarına qarşı -   YENİLƏNİR
09:17 2 Dekabr 2016
51 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Kubokunun 1/8 final mərhələsinə start veriləcək. Fanat.Az xəbər verir ki, ilk oyun günündə 4 matç baş tutacaq. Özü də, qarşılaşmaların hamısı paytaxtda keçiriləcək

 

Bir görüş istisna olmaqla, bütün cütlüklərdə Premyer Liqa təmsilçilər I divizion klublarını qəbul edəcəklər ki, bu da meydan sahiblərinin favorit olmasından xəbər verir. Hər halda, AZAL hər nə qədər sıxıntı yaşasa da, varlığı ilə yoxluğu bilinməyən “Rəvan”ı asanlıqla məğlub edəcək durumdadır.


Eləcə də, “Qaradağ Lökbatan”ın “İnter”ə, “Şərurspor”un isə “Neftçi”yə ciddi müqavimət göstərəcəyi inandırıcı görünmür.


“Sumqayıt” da MOİK-lə səfər oyununda favoritdir. Lakin digərləri ilə müqayisədə, “hərbiçilər”in asan təslim olmayacağını ehtimal edirik.


Qeyd edək ki, 1/8 final mərhələsinin qalan oyunları sabah keçiriləcək.

 

 

Azərbaycan kuboku

1/8 final

2 dekabr (cümə)



14:00 MOİK – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Rövşən Əhmədov

“Bayıl Arena”


15:00 “İnter” – “Qaradağ Lökbatan”

Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Cəmil Quliyev, Alik Yunusov 

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Murad Məmmədov

“İnter Arena”


16:00 AZAL – “Rəvan”

Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, İsgəndər Əliyev, Rəşad Əhmədov 

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Şahin Cəfərov

“AZAL Arena”

 

17:00 “Neftçi” – “Şərurspor”

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Elgün Hüseynov 

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Əli Hüseynov

“Bakcell Arena”



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-premyer-liqa-tmsilcilri-i-divizion-klublarna-qar-t54626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR