Gənc Tamaşaçılar Teatrında məktəblilər üçün yeni tamaşa hazırlanır

Gənc Tamaşaçılar Teatrında məktəblilər üçün yeni tamaşa hazırlanır
16:37 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında yeni tamaşa hazırlanır. 
Teatrın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yeni səhnə əsəri məktəblilərin qış tətili günlərində nümayiş etdiriləcək. 
Teodor Syuz Qeyzelin “Yeni ili oğurlayan Qrinç” kitabının motivləri əsasında Ron Hovardın ekran həyatı verdiyi “Qrinç” (“Yaşıl adam”) bu dəfə gənc rejissor Elşad Rəhimzadənin (səhnə redaksiyasının müəllifi) quruluşunda nümayiş etdiriləcək.
Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rəqslərin quruluşçusu Yelena Volkova, rejissor assistenti Sevda Hacışəmiyevadır.
Səhnə əsərində Kalmıkiya Respublikasının əməkdar artisti İlham Əsədov, aktyorlar Günel Məmmədova, Zümrüd Quliyeva, Ramil Məmmədov, Ceyhun Məmmədov, Eşqin Quliyev, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Asya Atakişiyeva, Səbinə Məmmədova, Vahid Orucoğlu, Mirzəağa Mizəyev, Natiq Fərzəliyev, Bəhram Həsənov, Nuriyyə Əliyeva, Venera Abbasova, Könül Əbilova, Aygün Fətullayeva, Gülbəniz Mustafayeva, Nuranə Hüseynova, Ramiq Nəsirov, Yusif Dadaşov oynayacaqlar. 
Yeni il tamaşası dekabrın 29-dan, 2017-ci ilin yanvarın 5-dək saat 12.00, 14.00, 16.00 və 18.00-da nümayiş etdiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/genc-tamasacilar-teatrinda-mektebliler-ucun-yeni-tamasa-hazirlanir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR