“Qrinç” nümayiş olunacaq

“Qrinç” nümayiş olunacaq
17:41 2 Dekabr 2016
83 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı məktəblilərin qış tətili günlərində nümayiş olunmaq üçün yeni tamaşanın hazırlanmasına start verib.

Axşam.az-ın məlumatına görə, Teodor Syuz Qeyzelin “Yeni ili oğurlayan Qrinç” kitabının motivləri əsasında Ron Hovardın ekran həyatı verdiyi “Qrinç” bu dəfə rejissor Elşad Rəhimzadənin (səhnə redaksiyasının müəllifi) quruluşunda  təqdim ediləcək.

Tamaşasının quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rəqslərin quruluşçusu Yelena Volkova, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Tamaşada Kalmıkiyanın əməkdar artisti İlham Əsədov, aktyorlar Günel Məmmədova, Zümrüd Quliyeva, Ramil Məmmədov, Ceyhun Məmmədov, Eşqin Quliyev, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Asya Atakişiyeva, Səbinə Məmmədova, Vahid Orucoğlu, Mirzəağa Mizəyev, Natiq Fərzəliyev, Bəhram Həsənov, Nuriyyə Əliyeva, Venera Abbasova, Könül Əbilova, Aygün Fətullayeva, Gülbəniz Mustafayeva, Nuranə Hüseynova, Ramiq Nəsirov, Yusif Dadaşov iştirak edəcəklər.
 
Yeni il tamaşası cari ilin dekabrın 29-dan, 2017-ci ilin yanvarın 5-dək 12.00, 14.00, 16.00 və 18.00-da nümayiş etdiriləcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62315

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR