Deputatdan TƏKLİF: ""JEK"lər bələdiyyələrə birləşdirilməlidir"

Deputatdan TƏKLİF: ""JEK"lər bələdiyyələrə birləşdirilməlidir"
17:57 2 Dekabr 2016
147 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman komitəsi, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov millət vəkili Tahir Kərimlinin təklifinə münasibət bildirərkən deyib ki, "Mənzil-Kommunal sahələrinin tam özəlləşdirilməsi mümkündür".

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Milli Məclisin deputatı Tahir Rzayev Mənzil-Kommunal sahələrinin ("JEK"lər) idarəçiliyinin bələdiyyələrə verilməsinin tərafdarı olduğunu deyib.
"Bunun üçün artıq vaxt gəlib çatıb. Mənzil-Kommunal sahələrinə ayrılan pullar, bələdiyyələrə verilsə, onların çox böyük imkanları olar. İnsanlarımıza da daha yaxşı  xidmət göstərilər".

Deputat, həmçinin qeyd edib ki, "JEK"lərin özəlləşdirilməsi düzgün yol deyil.
"Bu qurum bələdiyyələrin tabeliyinə verilməlidir. Nəyə görə özəlləşdirilməlidir? Biz əvvəlcədən də bu strukturun bələdiyyələrə verilməsini demişik. Hazırda ən yaxşı yol budur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/495265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR