""Chapecoense" futbolçularını CONMEBOL məhv etdi"

""Chapecoense" futbolçularını CONMEBOL məhv etdi"
23:37 2 Dekabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

Paraqvay millisinin əfsanəvi qapıçısı Xose Luis Çilavert Cənubi Amerika Futbol Konfederasiyanı (CONMEBOL ) ciddi tənqid edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Çilavert "Chapecoense" klubunun faciəsində sözügedən qurumun günahkar olduğunu deyir.

"CONMEBOL korrupsiya yuvasıdır. Onlar futbolu məhv etməyə və bunun hesabına varlanmağa davam edir. Köhnəlmiş təyyarəni müntəzəm olaraq səfərlərdə istifadə etmək düzgün deyil. Qurumun prezidenti buna tədbir görməli idi. Həmin layneri isə məhz CONMEBOL məmurları kluba vermişdi. Onlar finalda oynamaq istəyən insanları məhv etdilər" - sabiq qolkiper bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/495136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR