Millət vəkili Fəzail Ağamalı Bakıda avtomobil parklanmasından toplanan vəsaitin araşdırılmasını tələb edib.
Publika.az xəbər verir ki, F.Ağamalı Milli Məclisin Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib ki, bu cür vəsaitlərin çox hissəsi dövlət büdcəsinə getmir:
“Misal üçün, Sədərək Ticarət Mərkəzinə daxil olan zaman 30 dəqiqə olsa belə, maşının park edilməsinə görə pul alınır. Axı gün ərzində alınan bu qədər pullar hara gedir? Əminəm ki, Sədərək Ticarət Mərkəzində maşınların parklanmasından alınan pullar dövlət büdcəsinə getmir. Mən Sədərək Ticarət Mərkəzinin adını misal kimi çəkdim. Bu gün Bakı şəhərində çoxlu sayda belə qanunsuz park etmə məntəqələri var. Biz bu məsələyə ciddi yanaşmalıyıq. Həmin formada parklanmadan hər gün kifayət qədər gəlir əldə edənlərin pulları, vergiləri dövlət büdcəsindən niyə yayınsın ki?!”
Vasif Həsənli