Zöhrə Abdullayeva bu gün yazılan bir çox mahnıları dinləmir. O bu haqda Milli.Az-a müsahibəsində deyib:

"Mahnı hit olmamalıdır, sevilməlidir. Hit mahnı Məmmədbağır Bağırzadə, Niyaməddin Musayev, Bəhram Nəsibov yazanlardır. Təkcə elə "Gecələr" mahnısı bu gün də sevilir. Bugünkü mahnılar hit deyil, "bit"dir. 5-6 aydan sonra unudulur. Elə mahnı yazmaq lazımdır ki, tarixdə qalsın. Heç kim məndən inciməsin, düşündüyümü deyirəm. Yazdıqları göz qabağındadır".

Əli Rəhimoğlu

Milli.Az