Dekabrın 14-ü gün ərzində, 15-i gecə və səhər ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a
verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron
yarımadasında 1-2, Böyük Qafqazda 2-29, Lənkəran-Astara zonasında
1-42, Kiçik Qafqazda 13-15, Qazax-Gəncə zonasında 1-17, Mərkəzi
Aran rayonlarında 1-18, Naxçıvan MR-da 1-10 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Ağdərə, Gədəbəydə 22, Xınalıq, Daşkəsəndə
17, Qubada 15, Qubanın dağlıq ərazilərində 10-25, Zaqatala,
Göygöldə 13, Şəki, Oğuzda 12, Balakəndə 11, Rvarudda 9, Şamaxı,
Naxçıvanda 8, Şahbuz, Ordubadda 7, Altıağac, Sarıbaşda 6,
İsmayıllı, Tərtərdə 5, Göyçay, Lerikdə 4, İmişli, Göytəpə, Şabranda
3, Kəlvəz, Astara, Beyləqan, Zərdabda 2, Şərur, Xaçmaz, Lənkəranda
1 sm olub.