Toy məclislərinin tanınmış aparıcısı Pünhan İsmayıllı bu gün oğlunu evləndirir.

Axşam.az xəbər verir ki, P.İsmayıllının övladının toyu Bakıdakı şadlıq saraylarından birində keçiriləcək.

Tamada musavat.com saytına açıqlamasında toyda milli, xalq musiqisinə üstünlük veriləcəyini deyib:

"Mən gənclərlə məsləhətləşirəm. Soruşuram ki, toyunuzu necə görmək istəyirsiniz? Toyda həm milli, həm də estrada mahnıları olacaq. Ailəm qarmon ifaçısı Aydın Əliyevin toyda çıxış etməsini istəyir. Aydın gözəl sənətkardır, mənim də dostumdur. Məclisimizdə çıxış edəcək. Gəlinim isə Nazpəri Dostəliyevanı, Baloğlan Əşrəfovu, Manaf Ağayevi xoşlayır. Onun istəyi o sənətkarların toyda çıxış etməsidir. Mən gəlinimə toyda qayınata olaraq, gözəl sürpriz edəcəyəm. Nə olduğunu açıqlaya bilmərəm, toyda iştirak edənlər görəcəklər".