"Barışmaq istəyənə qucağım açıqdır, amma..."

"Barışmaq istəyənə qucağım açıqdır, amma..."
16:05 21 Dekabr 2016
104 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Faiq Ağayev "5/5" verilişinin qonağı olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni aparıcının illərlə küsülü olduğu xalq artisti Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova və əməkdar artist Abbas Bağırovla bağlı suallarına münasibət bildirib. 
O, "Abbas Bağırovla niyə küsülüsünüz" sualına belə cavab verib:

"Adını çəkdiyiniz müğənni və digərləri ilə bağlı mənə də müəmmalı olan məqamlar var. Səbəbini özüm də bilmirəm. Onun ünvanına nə pis sözüm və də hərəkətim olub. Yolu açıq, tədbirləri bol olsun. Zülfiyyə Xanbabayeva ilə küsülülüyümüz uzun müddət əvvəl başlayıb. Bir neçə dəfə efirdə də dedim ki, barışmaq istəyənə qucağım açıqdır, amma səmimi olsun. 

Brilliant Dadaşovaya gəldikdə isə... Canı sağ, balası xoşbəxt olsun. Danışmaq istəsələr, buyursunlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/501036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR