Cənubi Amerika kuboku "Şapekoense"yə təqdim edilib

Cənubi Amerika kuboku "Şapekoense"yə təqdim edilib
07:37 22 Dekabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Cənubi Amerika kuboku çərşənbə axşamı Braziliyanın oyunçuları aviaqəzada həlak olmuş "Şapekoense" futbol klubuna verilib.
"Report" xəbər verir ki, bu barədə Kolumbiyanın "El Tiempo" portalı xəbər yayıb.
Portalın məlumatına görə, mərasim "Libertadores-2017" kubokunun püşk atmasının gedişatında, Paraqvayın paytaxtı Asunsyonda keçirilib.
Qeyd edək ki, göyərtəsində Amerika Kubokunun final görüşü üçün səfərə yollanan "Şapekoense" futbol klubunun heyətinin olduğu təyyarə noyabrın 29-da Medelina yaxınlığında bölündü qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 77 nəfərdən - 68 sərnişindən və 9 ükipaj üzvündən cəmi 6 nəfər sağ qalıb. Onlardan 3-ü "Şapekoense"nin oyunçularıdır.
Beləliklə qəza nəticəsində komandanın 23 futbolçusu və məşqçiləri dünyasını dəyişib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cenubi-amerika-kuboku-sapekoense-ye-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR