Ebru Gündeş azərbaycanlı milyarderdən boşanmayacaq - FOTOLAR

Ebru Gündeş azərbaycanlı milyarderdən boşanmayacaq - FOTOLAR
09:43 23 Dekabr 2016
340 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Ebru Gündeş 9 aydır Amerikada həbsdə olan milyarder əri Rza Zərrabdan ayrılmaqdan vaz keçib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ebru Gündeşlə əslən cənubi azərbaycanlı olan Rza Zərrabın son 1 aydır ki, həftədə bir gün həbsxanadan telefonla danışdığı məlum olub.

Xatırladaq ki, Ebru Gündeş mart ayında Amerikada həbs olunan əri Rza Zərrabdan boşanacağını elan etmişdi. Bu açıqlamanın üstündən 3 ay keçməsinə baxmayaraq, cütlük hələ də boşanmayıb.

Qeyd edək ki, 2010-cu ildə evlənən cütlüyün qızları Alara 5 yaşındadır.

Aytən







Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/180977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR