Ebru Gündeş Rza Zərrabla barışıb

Ebru Gündeş Rza Zərrabla barışıb
13:02 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Rza Zərrabdan boşanmağa hazırlaşan türkiyəli sənətçi Ebru Gündeş qərarını dəyişdirdib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, R.Zərrabın cari ilin sentyabrında ABŞ-da həbs edilməsindən sonra bu qərarı alan sənətçinin üç ay sonra həyat yoldaşı ilə əlaqə saxlaması haqqında xəbər yayılıb.
Müğənninin yaxınlarının verdiyi məlumata görə, Ebru Gündeş telefon əlaqəsindən sonra həyat yoldaşı ilə barışıb və boşanmaq fikrini dəyişdirib.
Sənətçi həyat yoldaşı ilə bərabər çəkilmiş şəklini "Whatsappda" yerləşdirməklə bu xəbəri təsdiqləyib. 
Xəbərdə bildirilib ki, bu yaxınlarda yeni evə köçməyi planlaşdıran ifaçı bu qərardan sonra hazırlıqları da dayandırıb.





Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/ebru-gundes-rza-zerrabla-barisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR