“Xoşbəxtəm...” - Nazpərinin özəl günü

“Xoşbəxtəm...” -  Nazpərinin özəl günü
14:01 23 Dekabr 2016
192 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün xalq artisti Nazpəri Dostəliyevanın ad günüdür.

Təəssüratlarını Axşam.az-la bölüşən müğənni xoşbəxt olduğunu deyib:

“Hələ də təbriklər alıram. Ad günümü Zaur Kamalın “5/5” verilişində qeyd edəcəm. Bütün ürək sözlərimi orada deyəcəm. Çox xoşbəxtəm. Mənim sizlər kimi sevənlərim var. Pərəstişkarlarımın sevgisi məni yaşadır, mahnılarımı sevdirir. Bu istəyə görə Allahıma təşəkkür edirəm".

Qeyd edək ki, N.Dostəliyeva 1960-cı ildə Bakıda anadan olub. Böyük səhnədə ilk addımlarını 1996-cı ildə atıb. İlk hiti "Nə olar, Allahım, ayırma bizi" mahnısı olub. dünyanın bir çox yerində konsertlər verib. İki oğlan övladı var.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=63515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR