x
Loading...
.

Azərbaycan Beynəlxalq Türk Dünyası Sənət Atelyesi seminarında təmsil olunacaq

Azərbaycan Beynəlxalq Türk Dünyası Sənət Atelyesi seminarında təmsil olunacaq
10:17 13 Yanvar 2017
Ölkə mətbuatı
A- A+
.

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Türk Dünyası Sənət Atelyesi seminarında təmsil olunacaq.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Adana şəhərində keçiriləcək seminara 17 ölkədən 77 sənətçi qatılacaq.
Sənətkarlar kətan üzərində şəhərin tarixini, təbiətini və mədəniyyətini canlandıracaqlar.
Tədbirdə Albaniya, Bosniya və Herseqovina, Rusiyanın Dağıstan Respublikası, Xorvatiya, İran, Çernoqoriya, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Kosovo, Makedoniya, Özbəkistan, Serbiya və Tacikistan təmsilçiləri iştirak edəcəklər. 
Sənətkarların əsərləri yanvarın 19-dan 30-dək 75-ci sənət galereyasında nümayiş olunacaq.
Bundan başqa, rəsm sahəsinə marağı olanlar sənətçilərlə birlikdə panel iclaslarında iştirak edə biləcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/azerbaycan-beynelxalq-turk-dunyasi-senet-atelyesi-seminarinda-temsil-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR