Nazpəri hədələdi: "Şəxsi həyatım haqda..."

Nazpəri hədələdi:  "Şəxsi həyatım haqda..."
00:21 15 Yanvar 2017
298 Şou
Ölkə mətbuatı
A- A+

"Öndəgedən müğənninin qalmaqalı olmalıdır. Amma müğənni qabaqda gedər, qalmaqal arxada qalar. Yaxşı ifaçının paxıllığını çəkənlər çox olur".

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva "Lider maqazin"ə açıqlamasında deyib.

Müğənni şəxsi həyatına müdaxilə edənlərə sərt cavab verib:

"Mənim şəxsi həyatım haqqında kimlərsə nəsə danışmaq istəyərsə, qarşılarında məni görəcəklər. Bu haqda danışmağa heç kimə icazə vermirəm".
 
N.Dostəliyeva aparıcı Lamiyyə Ələkbərqızının verilişində mikrofonu atıb getməsinə münasibət bildirib:

"Yeni il verilişi idi, çox gözəl keçdi. Bir neçə dəfə canlı mahnı oxudum. Sonuncu ifadan sonra dedim ki, evdə məni gözləyən var getməliyəm. Amma Lamiyyə xanım icazə vermədi, mənə hörmət etdiyinə görə, yenə oxutdurdu. Sonda aparıcını öpdüm, bayramını təbrik edib qaçdım. Gərəksiz qalmaqal bizə aid deyil".

L.Ələkbərqızı "Mən qalmaqal edənə oxşayıram? Nazpəri Dostəliyeva sənəti ilə sözünü deyən adamdır. Yenə də verilişlərimizdə onu gözləyirik" deyə, əlavə edib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=64733

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR