Bu gün Topaz Premyer Liqasında qış fasiləsi başa çatacaq və III dövrəyə start veriləcək. Fanat.Az xəbər verir ki, XV turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Qış fasiləsinə ikinci pillədə yollanan “Qəbələ” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan “Sumqayıt”la oyuna çıxacaq. Bu komandaların ilk dövrədəki matçı meydan sahiblərinin qələbəsi ilə yekunlaşdığı halda, növbəti oyunda heç-heçə qeydə alınmışdı. Araz Abdullayev transferi ilə heyətini gücləndirən Roman Qriqorçukun yetirmələri Vaqif Cavadov və Amit Quluzadənin gedişi ilə zəifləmiş “kimyaçılar” qarşısında qələbə qazanmaq əzmindədir. “Sumqayıt” isə bu oyunçuların gedişindən sonra hansı vəziyyətdə olduğunu, həm də 4-cü yerdə təsadüfən olmadığını sübut etmək üçün meydana çıxacaq.
Günün ikinci matçında “İnter” “Kəpəz”i qəbul edəcək. Əsas oyunçuları Ruslan Abışovu “Neftçi”yə, Ağabala Ramazanovu isə “Qarabağ”a verərək ciddi güc itirən “bankirlər” üstəlik Beynəlxalq Bankın sponsorluqdan imtina etməsi xəbəri ilə psixoloji cəhətdən də çətin vəziyyətə düşüb. Bütün bunlara baxmayaraq liderlərdən uzaq düşmək istəməyən Zaur Svanadzenin komandası “Kəpəz”i əliboş yola salmalıdır. Ancaq bu, o qədər də asan deyil. Belə ki, tərəflər arasındakı ilk iki dövrədəki oyunlar bərabərliklə başa çatıb - 2:2, 0:0.
Qeyd edək ki, turun iki oyunu sabah keçriləcək. "Qarabağ" "Neftçi"ni, "Zirə" AZAL-ı qəbul edəcək.
Premyer Liqa
2016/17 mövsümü
III dövrə, XV tur
28 yanvar
İnter - Kəpəz
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Məlik Həsənov.
“İnter Arena”. Saat 17.30.
Qəbələ - Sumqayıt
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Şaiq Həmidov.
Qəbələ şəhər stadionu. Saat 15.00.
|
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
|
|
1 |
Qarabağ |
14 |
10 |
2 |
2 |
26:6 |
32 |
|
|
2 |
Qəbələ |
14 |
9 |
4 |
1 |
30:7 |
31 |
|
|
3 |
İnter |
14 |
6 |
7 |
1 |
21:12 |
25 |
|
|
4 |
Sumqayıt |
14 |
4 |
5 |
5 |
13:18 |
17 |
|
|
5 |
Kəpəz |
14 |
3 |
6 |
5 |
10:13 |
15 |
|
|
6 |
Zirə |
14 |
4 |
3 |
7 |
11:15 |
15 |
|
|
7 |
Neftçi |
14 |
3 |
0 |
11 |
9:30 |
9 |
|
|
8 |
AZAL |
14 |
1 |
5 |
9 |
6:25 |
8 |
|
|
Bombardirlər |
Filip Ozobiç (Qəbələ), Baqali Dabo (Qəbələ) - 7. |
|||||||
Fanat.Az