Onlar məhz Azərbaycandan çıxıb - Siz də tanıyın

Onlar məhz Azərbaycandan çıxıb - Siz də tanıyın
13:57 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bu gün Gənclər Günüdür. Dünyanın hər yerində gənclər onlara ayrılan imkanlardan asılı olmayaraq nələrsə etməyə, öz sahəsində uğur qazanmağa çalışır. Bu gün adaladığımız nüansları özündə birləşdirən Azərbaycan gənclərinin sayı az deyil. İstər elm, istər musiqi, istərsə də digər platformalarda öz sözünü deməyi bacaran gənclərimiz dünyanın ən nüfuzlu universitetlərində təhsil alır, ən güclü müsabiqələrdə rəqiblərini qabaqlayırlar.

"Qafqazinfo" olaraq biz də gənc yaşda böyük uğurlar qazanmış bir neçə həmyerlimizi təqdim edirik:

Gənc fizik Əzizə Süleymanzadə Oksford, Durham, Harvard və MİT universitetlərinin hamısına qəbul olsa da, bakalavr təhsili üçün Harvardı seçib. Daha sonra təqaüd qazanan Əzizə magistr təhsilini Kembric Universitetində davam etdirib. Çikaqo Universitetində fizika üzrə fəlsəfə elmləri doktoru (PhD) dərəcəsini qazanan gəncimiz hazırda orada oxuyur. Əzizə Süleymanzadə ailə qurduğu Amerika vətəndaşı ilə həmin şəhərdə yaşayır.

25 yaşlı cüdoçumuz Rüstəm Orucov (73 kq) cüdo tariximizdə ilk dəfə 3 010 reytinq balı yığaraq həm öz çəkisində, həm də bütün çəki dərəcələri üzrə dünya birincisi olub. "Vətənə xidmətə görə" ordeni ilə təltif edilən Orucov hazırda parlaq gələcəyi olan gənc idmançılarımızdandır.

Gənc vokalçı Azər Rzazadə nəinki Azərbaycan, hətta müsəlman ölkələri içərisində yeganə insandır ki, dünyanın tanınmış "La Scala" vokal akademiyasına qəbul olub. İndiyə kimi Azərbaycandan yalnız Müslüm Maqomayev 6 ay tanınmış akademiyaların birində dərs keçib. Qeyd edək ki, o, xalq artisti Zaur Rzayevin oğludur.

21 yaşlı gənc pianoçu Nərmin Nəcəfli 2012-ci ildə Estoniyanın Narva şəhərində IX Beynəlxalq Şopen müsabiqəsində I yerə layiq görülüb. Hazırda Almaniyanın Hannover şəhərində Musiqi, Dram və Media Universitetinin III kursunda təhsil alan Nərmin həm də imtahansız Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında instrumental ifaçılıq (fortepiano) ixtisası üzrə oxumaq hüququ qazanıb. 2014-cü ildə prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib. İndi o, fevralın 4-də Berlində keçirəcəyi "Müxtəlif dövrlərin musiqi ahəngləri" adlı konsert proqramına hazırlaşır.

1992-ci il təvəllüdlü Zara Hüseynova cəmi 200 manatla özünə biznes quran gənclərimizdəndir. Azərbaycan Dövlət Neft Akademiyasında Menecment fakültəsində təhsil alıb. O, 2011-ci ildə hələ tələbə ikən - ALZA butikini açıb. O, həmçinin "WoWoman" qadınların inkişafı platformasının təsisçisidir. Komandası ilə 5 dəfə ölkə çempionu olub və Azərbaycanı dünya arenasında təmsil edir.

Bütün bu uğurlarla yanaşı, əfsuslar olsun ki, Azərbaycanda son 4 ildə 17 min tələbə təhsil haqqını ödəməyə imkanı olmadığı üçün ali təhsilini davam etdirə bilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/513653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR