Köpəkbalığının yeni növü aşkarlandı

Köpəkbalığının yeni növü aşkarlandı
09:52 4 Fevral 2017
45 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikalı zooloqlar Karib dənizində çəkicbaş köpəkbalığının yeni növünü aşkar edib və onun DNT analizini aparıblar.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Karib dənizindəki çəkicbaş köpəkbalığı bir neçə milyon il əvvəl Şimali Amerika yaxınlığındakı sularda eyni növdən olan balıqlardan ayrılıb və onlarla cütləşmək əlaqəsini kəsib.

Florida Universitetinin mətbuat xidmətinin yaydığı məlumata görə, DNT testi üçün bioloji material verən balıq 2016-cı ildə Belizdə (əvvəlki Britaniya Hondurası) köpəkbalıqlarını nişanlamaq ekspedisiyası çərçivəsində tutulub. Balıq ABŞ sahillərində Atlantik sularında yaşayan eyni növə zahirən oxşasa da genetik cəhətdən ondan fərqlənir.

Florida Universitetinin press-relizində yazılıb: "İki qrup arasında cütləşmənin kəsilməsi bir növün bölünməsini müəyyənləşdirən əlamətdir. Nyu-York ştatının Stouni-Bruk Universitetindən Endryu Fildsin apardığı DNT analizi nəticəsində Belizdə işləyən komanda sübut edib ki, bu ərazidəki çəkicbaş köpəkbalığı Meksika, ABŞ və Baham adalarında eyni növlə cütləşmə əlaqəsini çoxdan kəsib. Bu müddətdə iki qrupu ayıran genetik fərqlər formalaşıb".

Ekoloji tədqiqatlarla paralel olaraq yeni köpəkbalığının qeydiyyata alınması və ona latınca ad verilməsi işi də aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/514234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR