BMT Gülbəddin Hikmətyarın adını sanksiya tətbiq olunan şəxslər siyahısından çıxarıb

BMT Gülbəddin Hikmətyarın adını sanksiya tətbiq olunan şəxslər siyahısından çıxarıb
11:57 4 Fevral 2017
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 fevral. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Əfqanıstanın "Hizb-i-İslami" Partiyasının lideri Gülbəddin Hikmətyara qarşı tətbiq oluan sanksiyaları ləğv edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, qərar rəsmi Kabulun müraciəti əsasında qəbul olunub.  
Qeyd edək ki, ötən ilin sentyabr ayında Əfqanıstan hökuməti ilə G.Hikmətyar arasında sülh müqaviləsi imzalanıb. Bundan sonra hökumət BMT Təhlükəsizlik Şurasına müraciət edərək "Hizb-i-İslami" Partiyası liderlərinin adının sanksiyalar tətbiq olunan şəxslər siyahısından çıxarılmasını istəyib. 
Xatırladaq ki, Əfqanıstan İslam Partiyası 1976-cı ildə G.Hikmətyar tərəfindən təsis edilib və puştunları təmsil edir. Partiya Əfqanıstan parlamentdə təmsilçilik hüququna və təxminən min nəfərədən ibarət hərbləşmiş birləşməyə malikdir.
G.Hikmətyar vaxtilə SSRİ-nin Əfqanıstana daxil olmasına qarşı müharibədə fəal iştirak edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bmt-gulbeddin-hikmetyarin-adini-sanksiya-tetbiq-olunan-sexsler-siyahisindan-cixarib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR