Dünyada tanınmış və Azərbaycanı tanıdan 10 azərbaycanlı ilə siz də tanış olun.
Baku.ws bütün dünyada tanınan və sevilən azərbaycanlılardan ibarət siyahı hazırlayıb. Həmin top onluğu təqdim edirik:

Rəşid Behbudov (14 dekabr 1915 - 9 iyun 1989) – sovet və azərbaycan estrada-opera müğənnisi, aktyor (lirik tenor). Gürcüstanın paytaxtı Tiflisdə (indiki Tibilisi) Şuşadan olan tanınmış xanəndə ailəsində anadan olub. SSSR-nin xalq artisti, sosialist əməyi qəhrəmanıdır.

Lütfi-Zadə - azərbaycanlı riyaziyyatçı. Qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyələrinin banisi. Kaliforniya universitetinin (Berkli) professoru. 4 fevral 1921-ci il tarixində Azərbaycanda, Novxanı qəsəbəsində dünyaya gəlib.

Müslüm Maqomayev - (17 avqust 1942- 25 oktyabr 2008) – Sovet, Azərbaycan və Rusiya opera-estrada müğənnisi (bariton), bəstəkar. SSSR-nin və Azərbaycanın xalq artistidir. Bakı şəhərində doğulub. Azərbaycan Dövlət Flarmoniyasının adını daşıdığı Müslüm Maqomayev Azərbaycan klassik musiqisinin bünövrəsini qoyanlardan biri Abdul Maqomayevin nəvəsidir.

Vaqif Mustafazadə (16 mart 1940 - 16 dekabr 1979) – məşhur Azərbaycan caz bəstəkarı və pianoçusudur. Vaqif Mustafazadə cazda yeni cərəyan olan - caz muğamın yaradıcısıdır. Bakı şəhərində, tibbi xidmət mayorunun ailəsində dünyaya gəlib.

Əzizə Müstafazadə – məşhur caz ifacısı və bastəkarıdır. Cazmen Vaqif Müstafazadənin qızıdır. 19 dekabr 1969-cu ildə Bakı şəhərində dünyaya göz açıb.

Tofiq Bəhramov - (29 yanvar 1926 - 12 oktyabr 1993) - sovet, Azərbaycan futbol hakimi. O futbol üzrə Dünya Çempionatını və Avropa kuboklarının final oyununu idarə edən ilk sovet futbol hakimi olub. Azərbaycanın Ağcabədi rayonunda dünyaya gəlib.

Mübariz Mənsimov – Azərbaycan və türk sahibkarı, mesenat. "Palmali" gəmicilik şirkətlər qrupunun yaradıcısı və sahibidir. 22 martda 1968-ci ildə Masallı rayonunda fəhlə ailəsində doğulub.

Çingiz Abdullayev – Sovet və Azərbaycan yazıçısı. Azərbaycanın xalq yazıçısı, Yazıçılar Birliyinin katibi. Müasir dünya ədəbiyyatında o sözsüz ki, siyasi detektiv janrının ustalarından biridir. 7 aprel 1959 –cu il Bakı şəhərində dünyaya göz açıb.

İsfar Sarabski – pianoçu, bəstəkar. 2009-cu ildə "Montrye” caz festifalının qalibi olub. Azərbaycan respublikasının əməkdar artisti (2010), "Zirvə” dövlət mükafatı laureatıdır (2010). 2 noyabr 1989-cu ildə Bakıda doğulub.

Zabit Səmədov - Azərbaycanlı kikbokscu, "Axmat" kik-boksinq klubunun rəhbəri. 21 iyun 1984-cü ildə Gürcüstanın Candari kəndində doğulub.