Rusiaynın enerji nəhəngi hesab olunan "Qazprom" təbii qazın qiymətində yaranan problemlərə görə bəzi Türkiyə şirkətlərini məhkəməyə verib.

Metbuat.az bildirir ki, Beynəlxalq Arbitraj Məhkəməsində ""Akfel Qaz Sənaye və Ticarət A.Ş", "Qərb Xətti Təbii qaz Ticarət A.Ş." və "Kibar Enerji A.Ş." şirkətləri haqda iddiaya baxılacaq.

Xatırladaq ki, "Qazprom" əvvəllər də təbii qazın qiymətində yaşanan narahatlıqlara görə bir neçə türk şirkətini məhkəməyə vermişdi.

Orxan / Metbuat.az