BMT planetin II Dünya müharibəsindən sonra baş verən ən böyük humanitar böhranla qarşı-qarşıya olduğunu açıqlayıb.
Metbuat.az bildirir ki, Yəmən, Somali, Cənubi Sudan və Nigeriyada 20 milyondan çox adamın aclıq və yoluxucu xəstəliklə mübarizə aparması qeyd olunub. Həmçinin, 1.4 milyon uşağın aclıqdan ölmək təhlükəsi var.
Dünyaya bir daha çağırış edilərək böhranın coğrafiyasının genişlənməməsi üçün birgə fəaliyyətin vacibliyi vurğulanıb.
Orxan / Metbuat.az