Sumqayıt şəhərində vətəndaşa məxsus “Opel” markalı minik avtomobili və ümumi sahəsi 6 kvadrat metr olan yardımçı tikilinin qapısı yanıb.

Metbuat.az FHN-nin rəsmi saytına istinadən bildirir ki, avtomobilin və tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.