İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri ölkədə sosial şəbəkələrdən istifadənin qadağan oluna biləcəyini açıqlayıb.
Metbuat.az bildirir ki, paytaxt Tehranda təşkil olunan toplantıda internetin üstünlükləri ilə yanaşı, mənfi tərəflərini də qeyd edən Müntəziri ,hətta onu cəhənnəmlə müqayisə edib. O, Çin nümunəsini misal gətirərək, Qərb dəyərlərinin milli dəyərləri üstələməsinə imkan verilməməsinin vacibliyini vurğulayıb.
Orxan / Metbuat.az