Somalinin paytaxtı Moqadişuda baş verən partlayış nəticəsində 8 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Metbuat.az bildirir ki, hökumət rəsmiləri və xarici turistlərin də olduğu otelin yaxınlığında bomba yüklü avtomobil partladılıb. Polis ərazini nəzarətə götürüb. Partlayışın baş verdiyi ərazidəki bütün yollar bağlanılıb.

Orxan / Metbuat.az