UNİCEF Suriyada digər illərlə müqayisədə 2016-cı ildə daha çox uşaq ölümlərinin qeydə alındığını açıqlayıb.

Metbuat.az bildirir ki, hesabatda ötən il azı 652 uşağın həyatını itirdiyi, onlardan 255-nin məktəb yaşına çatmadığı vurğulanıb. Qeyri-rəsmi rəqəmlərə görə ölən uşaqların sayı daha çoxdur.

Hesabatda həmçinin, uşaqların döyüşməyə məcbur edilməsi, onlardan"canlı bomba" kimi istifadə olunması da diqqətə çatdırılıb.

Orxan / Metbuat.az