ABŞ-ın Nyu-York və Nyu-Cersi şəhərlərində gözlənilən güclü qar səbəbindən fövqəladə vəziyyət elan edilib.
Metbuat.az bildirir ki, meteoroloji departament qarın çovğun və fırtınaya səbəb ola biləcəyini açıqlayıb. Yaşanacaq "ağ fəlakət"ə hazırlıq tədbirləri görülür. Yolların qardan təmizlənməsi üçün 3 min nəfərlik heyət müvafiq ərazilərə yerləşdirilib. Hava limanlarında yüzlərlə reys təxirə salınıb.
Orxan / Metbuat.az