Dünyanın ən məşhur terrorçularından hesab olunan "Çaqqal Karlos" ləqəbli Ramirez Sançez Parisdə məhkəməyə çıxarılıb.
Metbuat.az bildirir ki, məhkəmədə 1974-cü ildə Parisdə baş verən partlayışın Ramirez tərəfindən törədilməməsi iddiasına baxılıb. 3 saat keçən prosesdə iddianın əsassız olması qərarı verilib.
Xatırladaq ki, 1970-ci ildə Fələstin Xalq Qurtuluş Cəbhəsinə qoşulan Ramirez, Fransada ömürlük həbs cəzasına məhkum edilib. Buradan qaçmağı bacaran terrorçu, onlarla terror aktının iştirakçısı hesab olunur.
Orxan / Metbuat.az