Çində kömür mədənində qəza baş verib.

Metbuat.az bildirir ki, Heylonqjiyanq əyalətinin Şuanqyaşan şəhəri yaxınlığında baş verən qəzada 17 nəfər həyatını itirib. Qəzaya səbəb mədən işçilərini daşıyan liftin elektrik xəttinin yanması hesab olunur.

Hadisədə günahlandırılan bir neçə işçi, o cümlədən mədənin baş mühəndisi işdən kənarlaşdırılıb.

Orxan / Metbuat.az