Türkiyənin Antalya şəhərində həyat yoldaşına təcavüz edən C.Y adlı şəxsin məhkəmə prosesi davam edir.
Metbuat.az-ın məlumatına görə, ərindən fiziki təhdid görən qadın boşanma ərizəsi ilə məhkəməyə müraciət edib. Ardınca o, atası evinə qayıdıb. Bundan daha da qəzəblənən C.Y, həyat yoldaşını boşanma şərtlərini müzakirə etmək bəhanəsiylə evə dəvət edib. Mənzildə qadını tüfənglə hədələyən şəxs, onu dəfələrlə zorlayıb. Üstəlik qadının lüt şəkillərini çəkərək onu şantajla təhdid edib.
Məhkəmədə günahını etiraf etməyən C.Y qadının istəyi ilə cinsi əlaqəyə girdiklərini dilə gətirib. Lakin onun törətdiyi cinayət barədə dəllilər irəli sürən hakim, şübhəlinin 39 il azadlıqdan məhrum edilməsini tələb edib. Məhkəmə yaxın günlərdə yekun qərarını verəcək.
Sübhan / Metbuat.az