Argentinada məşhur rok ulduzu İndio Solarinin konsertində izdiham yaşanıb.

Metbuat.az xəbər verir ki, hadisə zamanı 2 nəfər həyatını itirib. Azı 12 tamaşaçı isə yaralanıb. Yerli bələdiyyənin məlumatına görə, konserti 160-170 min tamaşaçının canlı izləyəcəyi güman edilirdi. Lakin rok ulduzunun konsertinə maraq gözləniləndən çox olub. Bu üzdən təhlükəsizlik əməkdaşları nəzarəti əldən verib.

Sübhan / Metbuat.az

Rok ulduzunun konsertində faciə