x
Loading...
.

"Tramp mənə əxlaqsız təklif etdi, vizit kartını..."

ABŞ prezidenti Donald Tramp haqda yayılan yeni iddia böyük müzakirəyə səbəb olub.

Metbuat.az bildirir ki, macarıstanlı model Kata Saka ölkəsinəki televiziya proqramlarının birində Tramp haqda gözlənilməz iddia səsləndirib. O, ABŞ prezidentinin 2013-cü ildə ona əxlaqsız təklif etdiyini söyləyib. Katanın sözlərinə görə, Moskvada keçirilən gözəllik yarışmasında qalib olandan sonra, Tramp ona yaxınlaşaraq qaldığı oteldəki otağın nömrəsini soruşub.

Onun bu hərəkətindən həyəcanlandığını deyən model, Trampın verdiyi vizit kartı da yaxşı xatırladığını vurğulayıb. Sonda onun təklifini qəbul etmədiyini deyən Kata, bunu Trampın onun zövqünə uyğun olmaması ilə əlaqələndirib.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR