Beynəlxalq Valyuta Fondunun Parisdəki ofisində partlayış baş verib.
Metbuat.az xəbər verir ki, hadisə zamanı 1 təhlükəsizlik əməkdaşı yüngül xəsarət alıb. Polisin məlumatına görə, hadisə ofisə göndərilən şübhəli bağlamanın açılması zamanı baş verib. Araşdırmalardan sonra onun içində partlayıcı maddənin olduğu təsdiqini tapıb. Partlayışdan sonra asayiş keşikçiləri binada irimiqyaslı axtarışlara start verib.
Qeyd edək ki, ötən gün Almaniyada da oxşar hadisə baş verib. Maliyyə Nazirliyinə göndərilmiş şübhəli paketin içindən pirotexniki vasitələr çıxıb.
Sübhan / Metbuat.az