Yəməndə silahlı qarşıdurma

Yəmənin cənub-şərqindəki Taiz əyalətində hökumət qüvvələri ilə Husilər və Əli Abdullah Salehin tərəfdaşları arasında baş vermiş qarşıdurmada 9 nəfər həyatını itirib.

Metbuat.az bildirir ki, koalisiya qüvvələrinin də dəstəyi ilə başladılan "Qızıl mizraq əməliyyatı" çərçivəsində Taizin qərb sahilindən irəliləyərək, Muha şəhərinin bəzi əraziləri nəzarətə götürülüb.

Xatırladaq ki, illərdir siyasi gərginliyin yaşandığı Yəməndə Husilər və onlara dəstək verən keçmiş prezident Əli Abdullah Salehin tərəfdarları ilə baş verən döyüşlər zaman-zaman ölkənin əksər ərazilərində davam edir.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR