Afrikanın qərbində yerləşən Siyerra Leonedə 706 karatlıq almaz tapılıb.
Metbuat.az bildirir ki, keşiş Emanuel Momoh fəaliyyət göstərdiyi mədəndə bu qiymətli metalı aşkar edib.
Ölkə prezidenti Ernest Bayi Koroma iqtisadiyyatı inkişaf etdirmək üçün almazın hərraca çıxarılacağını və onu tapan keşişin də öz payını alacağını bəyan edib.
Orxan / Metbuat.az