“Qara Bağ” qısametrajlı bədii filminin çəkilişləri başa çatıb

12:47 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 12:33 ]


Bakı. Cavid Zeynalov - APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Qara Bağ” adlı qısametrajlı bədii filminin çəkilişləri başa çatıb.

 

Kinostudiyadan APA-ya verilən məlumata görə, film “Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “yenifilm.az” gənclər üçün ssenari müsabiqəsinin qalibi olan Amil Məmiyevin eyniadlı ssenarisi əsasında çəkilib.

 

Yeni ekran əsərinin quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

 

Filmdə rolları Vidadi Əliyev, Elxan Abbasov, Rasim Cəfərov, Ayşad Məmmədov, Məzahir Həşimov, Svetlana Əliyeva, Səbinə Məmmədzadə və Soltan Əhməd canlandırırlar.

 

Film məcburi köçkünlərin hazırkı yaşayış tərzlərini, Qarabağ həsrətini metaforik simvollarla realizə edir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368253

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR