Bu gün Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.
Metbuat.az bildirir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan sonra aşağıdakı cütlüklər bəlli olub:
“Anderlext” (Belçika) - “Mançester Yunayted” (İngiltərə)
“Selta” (İspaniya) - “Genk” (Belçika)
“Ayaks” (Hollandiya) - “Şalke” (Almaniya)
“Lion” (Fransa) - “Beşiktaş” (Türkiyə)
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də cavab qarşılaşmaları isə aprelin 20-də keçiriləcək.
Orxan / Metbuat.az