Türkiyənin Rizə şəhərinin Kubilay küçəsində bədbəxt hadisə baş verib.

Metbuat.az bildirir ki, 15 yaşlı Makbulə adlı qız telefonla danışarkən 13-cü mərtəbədən yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Orxan / Metbuat.az

Telefonla danışarkən 13-cü mərtəbədən yıxıldı