Təbii fəlakət Perunu cənginə aldı

Peruda şiddətli yağışlar nəticəsində əmələ gələn daşqın və torpaq sürüşmələrində ölənlərin sayı 67-yə çatıb.

Metbuat.az bildirir ki, minlərlə adamnın evakuasiya olunduğu və bir çoxlarının evlərinin damına çıxaraq xilas edilmələrini gözlədiyi qeyd olunub. El Nino yağışları səbəbindən 115 min evin zərər gördüyü, 117 körpünün uçduğu və çoxlu sayda avtomobil yollarının yararsız vəziyyətə düşdüyü deyilir.

Peru prezidenti Pedro Pablo Kuçinski verdiyi müsahibədə, ölkəsinin ciddi fəlakətlə üz-üzə olduğunu, 1998-ci ildən bu yana belə hadisə ilə rastlaşmadıqlarını vurğulayıb.

Orxan / Metbuat.az






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR