Kanadanın Vətəndaşlıq və İmmiqrasiya naziri Əhməd Hussein Ottavada təşkil olunan mətbuat konfrasında Nigeriya, Cənubi Sudan, Somali və Yəməndə cərəyan edən vəziyyətlə bağlı 120 milyon dollar yardım ayrılacağını qeyd edib.
Metbuat.az bildirir ki, nazir adıçəkilən ölkələrdə 20 milyon insanın aclıqdan əziyyət çəkdiyini, qarşıdurmalarda milyonlarla şəxsin evlərini itirdiyini vurğulayıb. Siyasi proseslərdən dolayı tez-tez yaşadıqları ərazini tərk edən insanların təsərrüfatları baxımsız vəziyyətdə qaldığından, ölkələrdə iqtisadi tənəzzülün böyüdüyü də əlavə edilib.
Orxan / Metbuat.az