Misirdə qum fırtınası

Misirdə əsən şiddətli külək qum fırtınasına səbəb olub.

Metbuat.az bildirir ki, Qırmızı dəniz Limanlar İdarəsindən verilən məlumata görə, Süveyş, Əl-Zeytiyyat və Əl-Hurgahda limanların müvəqqəti olaraq bağlanıldığı nəzə çatdırılıb. Eyni zamanda, 197 nəfərin çətin nəfəs alma və boğulma təhlükəsiylə xəstəxanaya çatdırıldığı da vurğulanıb.

Onu da qeyd edək ki, meteoroloji proqnozlarda ölkədə əsən küləklərin fırtınaya səbəb olacağı öz əksini tapmışdı.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR