Bakıda yanğın hadisəsi baş verib.
Metbuat.az bildirir ki, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 65 kvadrat metr olan 3 otaqlı mənzilin dəhlizinin yanar konstruksiyaları yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.