Azərbaycan - Almaniya oyununu bu qız şərh edəcək

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan - Almaniya oyununu rəqib ölkədə qadın jurnalist şərh edəcək.

Metbuat.az xəbər verir ki, RTL telekanalında canlı yayımlanacaq matçı tamaşaçılara Laura Vonttora çatdıracaq.

O, qarşılaşmanı Almaniya millisinin sabiq qapıçısı Yens Lemanla birlikdə şərh edəcək. Bu, Lauranın uşaqlıq arzusu olub. Telekanal rəhbərliyinin bu etimadından sonra Laura sevincini dilə gətirib: “Çox sevinirəm. Yens Lemanla birlikdə futbol şərh etmək möhtəşəm olacaq”.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR