Somalinin paytaxtı Moqadişuda bomba yüklü avtomobilin partladılması nəticəsində 5 nəfər həyatını itirib.

Metbuat.az bildirir ki, avtomobil hökumət binasının yaxınlığında partladılıb. Ölənlərin hamısı təhlükəsizlik əməkdaşlarıdır. Daha 10 nəfərin də yaralandığı bildirilir.

İlkin ehtimala görə partlayış Əl-Qaidə terror təşkilatı tərəfindən törədilib.

Orxan / Metbuat.az