DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Almaniya oyununun hakimləri müəyyənləşib.

Metbuat.az xəbər verir ki, UEFA martın 26-də baş tutacaq qarşılaşmanı italiyalı hakimlər briqadasına tapşırıb.

Qarşılaşmanı Daniele Orsato idarə edəcək, ona Mauro Tonolini və Rikkardo Di Fiore kömək edəcəklər. Matçın dördüncü hakimi Marko Quida olacaq.