"Twitter" şirkəti hər il açıqlanan şəffaflıq proqramına görə, 2016-cı ilin son 6 ayı ərzində şiddət və terrorun təşviqi səbəbindən 376 min 890 hesabın bağlandığını açıqlayıb.
Metbuat.az bildirir ki, tətbiqin başlanıldığı 2015-ci ilil ortasından 2016-cı ilin sonuna qədər ümumilikdə 636 min 248 "Twitter" hesabı bağlanılıb. Şirkətin hesabatında həmçinin hökumət və təşkilatlardan gələn şikayətlərin də təmin olunduğu vurğulanıb.
Hesabların bağlanması üçün ən çox tələb Türkiyə, Fransa və Rusiyadan gəlib.
Orxan / Metbuat.az