UNICEF iqlim dəyişkənliyi, quraqlıqların artması və bəzi ölkələrdəki baş verən qarşıdurmalar səbəbindən etibarlı su qaynaqlarının sürətlə azaldığı haqda hesabat yayıb.

Metbuat.az bildirir ki, hesabatda hər ötən gün suya olan tələbatın artdığı, buna baxmayaraq, su ehtiyatının azalması, 36 ölkədə isə su çatışmazlığının kəskin xarakter alması qeyd olunub. Dünyada hər gün yaşı 5-ə qədər olan 800 uşağın təmiz su tapmaması və gigiyenik şəraitin əlverişsiz olmasından dolayı həyatını itirdiyi vurğulanıb.

2040-cı ilədək su qaynaqlarının sürətlə azalması nəticəsində 600 milyon uşağın ölüm və xəstəlik riski ilə üz-üzə qalacağı bildirilib.

Orxan / Metbuat.az