Misirin 3 şəhərindəki məktəblərdə baş verən kütləvi zəhərlənmə nəticəsində 220 nəfər xəstəxanaya çatdırılıb.
Metbuat.az bildirir ki, qidaların Misir ordusu tərəfindən paylanılan ölkədə Süveyş kanalı bölgəsindəki Kibrit orta məktəbində 150 şagird, Asvan şəhərindəki Nəsr ibtidai məktəbində 50 şagird, Beni Suveyf şəhərindəki xüsusi məktəbdə isə 20 şagirdin zəhərləndiyi deyilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Misirin cənubundakı Səid bölgəsində yerləşən məktəblərin birində qidadan 2 min şagird zəhərlənib.
Orxan / Metbuat.az