ABŞ-ın Viskonsin ştatında üç fərqli ərazidə silahlı qarşıdurma baş verib.

Metbuat.az bildirir ki, biri polis olmaqla, 4 nəfər həyatını itirib. Vausau şəhərindəki banklardan birində başlayan insident şəhərin müxtəlif ərazilərində də davam edib.

Ədliyyə Nazirliyi hadisə ilə əlaqədar istintaqa başladığını açıqlayıb. Əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub.

Orxan / Metbuat.az